Şirkət

AI Engineer (Self-Hosted LLM, RAG, Private AI)

  • Şirkət
    Şirkət
  • Bakı, Azərbaycan
    İş yeri
  • 4000 AZN - 4500 AZN
    Maaş
  • Tam ştat
    Məşğulluq növü
  • 18 Aprel 2026
    Elanın tarixi
  • 18 May 2026
    Son müraciət tarixi

İşin təsviri

İşin qısa təsviri

Şirkət daxilində və ya lokal serverdə işləyən, məlumatları üçüncü tərəf platformalara göndərmədən analiz edə bilən AI sisteminin qurulması üçün mütəxəssis axtarılır. Namizəd local LLM-lərlə işləməli, RAG arxitekturası qurmalı, özəl bilik bazası inteqrasiyası etməli və self-hosted AI həlləri hazırlamalıdır.

Namizəddən gözləntilər
Local və self-hosted LLM sistemləri qurmaq təcrübəsi
RAG sistemlərinin qurulması, optimizasiyası və istifadəyə verilməsi
Şirkətin və ya layihənin daxili datasını ChatGPT, Grok və digər cloud servisə göndərmədən lokal mühitdə emal etmək bacarığı
Açıq mənbəli modellərlə işləmək təcrübəsi, məsələn Qwen, Llama, Mistral və s.
Model inference, fine-tuning və deployment proseslərini başa düşmək
Sürətli prototip hazırlamaq və işlək məhsula çevirmək
Əsas texniki tələblər
Python biliyi
LLM framework-lərlə iş təcrübəsi: Transformers, vLLM, Ollama, llama.cpp və ya bənzəri
RAG stack biliyi: LangChain, LlamaIndex, Haystack və ya custom pipeline
Vector database təcrübəsi: FAISS, Chroma, Qdrant, Milvus, Weaviate və s.
Embedding modelləri ilə işləmək bacarığı
Prompt engineering və retrieval optimizasiyası

İş öhdəlikləri

İş öhdəlikləri Layihə üçün uyğun open-source model seçmək və test etmək Lokal server və ya workstation üzərində LLM qurmaq Özəl bilik bazası üçün RAG sistemi hazırlamaq PDF, sənəd, cədvəl, mətn və digər mənbələrdən data pipeline yaratmaq Cavab keyfiyyətini artırmaq üçün retrieval, prompt və context strategiyalarını optimizasiya etmək Lazım olduqda modelin fine-tuning və ya instruction tuning hissəsini həyata keçirmək Daxili istifadə üçün web panel, API və ya chat interfeys hazırlamaq Sistemin təhlükəsiz, stabil və gizlilik tələblərinə uyğun işləməsini təmin etmək