-
İşəgötürən
Qaya Safety Solutions -
Yer
Cəbrayıl rayonu, Azərbaycan -
Maaş
900 AZN - 1100 AZN -
Əlavə edilib
2022-06-08 -
Bitmə vaxtı
2022-07-08
Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya Safety Solutions” MMC namizədləri mövcud olan “SƏTƏM üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
İş öhdəlikləri
- Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;- Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkili və təmin edilməsi;
- Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;
- Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
- Bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üçün yeni təkliflər vermək;
- SƏTƏM-ə dair risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək;
- Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Əmək funksiyasına uyğun olaraq görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbə rəhbərinə (onun tələbinə əsasən) məlumat vermək;
- Şöbə rəhbəri tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.
- İş yeri: Cəbrayıl rayonu;
- İş qrafiki 6 günlük (altıncı gün - qısadılmış);
- Gündə 3 dəfə yemək ilə təmin edilmə;
- Yaşayış yeri ilə təmin edilmə;
- AR qanunvericiliyinə uyğun sənədləşmə.
Bilik tələbləri
- Texniki sahə üzrə ali ixtisas təhsili;- Tələb olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, təşkilatın missiyasına sadiqlik;
- İngilis dili biliyi arzuolunandır;
- Açıq sahə şəraitinə, əlavə iş qrafiki ilə işləməyə və ölkədaxili ezamiyyətlərə hazır olmalı.
-
Şirkət:
Qaya Safety Solutions
-
Yer:
Cəbrayıl rayonu, Azərbaycan
-
Kateqoriya:
Biznesin idarə edilməsi və Administratorluq
-
Məşğulluq növü:
Tam ştat -
Maaş:
900 AZN - 1100 AZN -
Elanın bitmə vaxtı:
2022-07-08