Qaya Mühafizə Şirkəti
Tam ştat

Mühafizəçi

Qaya Mühafizə Şirkəti | 2021-10-13

“Qaya Mühafizə Şirkəti” MMC Azərbaycan Respublikasında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. Beynəlxalq təcrübələrdən istifadə etməklə mühafizə işinin operativ təşkilini, tərəfdaş qurumların risklərinin əvvəlcədən müəyyən edilib, peşəkar mütəxəssislərimiz səmərəli şəkildə həll olunmasını həyata keçirir. 
Hazırda Bakı şəhərində yerləşən şirkətlərə məxsus layihələr ilə əlaqədar “Qaya Mühafizə Şirkəti” MMC namizədləri  mövcud olan “Mühafizəçi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
İş barədə məlumat
- İş Bakı şəhərində yerləşən müxtəlif təyinatlı obyektlər;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti;
- İş rejimi –növbəli;
- İstirahət vaxtı- qrafikə uyğun şəkildə tənzimlənir;
- Əmək haqqı razılaşma əsasında

İş öhdəlikləri

- Layihələr üzrə ətraf ərazilərin,binaların qorunması, həmin ərazilərə kənar şəxslərin icazəsiz daxil olmasının qarşısının alınması
- Fərdi layihələr üzrə mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili
- İnsanların,binaların və inventarın fiziki təhlükəsizliyinin təmin edilməsi
- Verilən məlumatlar və materiallar əsasında növbətçi qrupu ilə birlikdə əraziyə baxış keçirilməsi
- Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
- Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi
- Təhlükəsizlik məsələlərinə aid bütün müvafiq xüsusiyyətləri müşahidə etmək, aşkar etmək, qeydə almaq və yoxlamaq üçün əraziyə baxış keçirilməsi
- Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
- Bütün işlərlə bağlı şöbə rəhbərinə hesabat verilməsi

Təhsil tələbləri

- Təhsil: minimum orta ixtisas;
- Dil bilikləri: Azərbaycan dili - səlis (ingilis dili və ya rus dili bilikləri üstünlükdür);

İş tələbləri

- Azərbaycan vətəndaşı;
- Yaş 20-45;
- Boy: 170-dən yuxarı olmalı;
- Tələb olunan iş təcrübəsi: mühafizə sahəsində minimum 2 il (üstünlükdür)
- Xüsusi kurs keçmiş, hərbi xidmət keçmiş və fiziki sağlam;
- Detallara diqqətli, məsuliyyətli və intizamlı;
- Komanda şəklində işləmə bacarığı;
- Fikirlərini aydın ifadə etmək qabiliyyəti;
- Yanğın təhlükəsizliyi tədbirlərinin və fövqəladə hallar zamanı təhlükəsizliyin təmin edilməsi barəsində bilik;
- Texniki yenilikləri izləmək və yeni bilikləri iş yerində tətbiq etmək.

Benefitlər

- Mühafizə xidməti sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Mehriban və ruhlandırıcı iş mühiti və kollektiv;
- Əlavə təhsil üçün kurslar və material