• İşəgötürən
    Xalq Bank
  • Yer
    Bakı, Azərbaycan
  • Əlavə edilib
    2021-10-05
  • Bitmə vaxtı
    2021-11-04
Xalq Bank
Tam ştat

İnformasiya Texnologiyaları İdarəsində Biznes-analitika şöbəsinin mütəxəssisi

Xalq Bank | 2021-10-05

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
 

Təhsil tələbləri

- İnformasiya Texnologiyaları üzrə magistr dərəcəsində ali təhsil

İş tələbləri

- Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması
- Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması
- Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması
- Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak
- Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi
- Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi
- Tələblərin toplanması və təhlili, xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması

Bilik tələbləri

- Bank məhsulları haqqında biliklərə sahib olmaq
- Bank modulları (FlexCube arzu olunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak təcrübəsi
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərin olması
- Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) olmaq
- Web servis üzrə biliklərə sahib olmaq arzuolunandır: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik olmaq