• İşəgötürən
    Qaya Safety Solutions
  • Yer
    Bakı, Azərbaycan
  • Maaş
    700 AZN
  • Əlavə edilib
    2022-04-06
  • Bitmə vaxtı
    2022-05-31
Qaya Safety Solutions
Tam ştat

Feldşer

Qaya Safety Solutions | 2022-04-06

Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin minalardan və
partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya Safety
Solutions” MMC namizədləri mövcud olan “Feldşer” vəzifəsinə müraciət etməklə peşəkar
komandanın üzvü olmağa dəvət edir.
Əmək haqqı artandır. Minimum 700 AZN-dən başlamaqla.
(Namizədlərin bilik və təcrübəsinə əsasən əmək haqqı müsahibə zamanı razılaşdırılacaq

İş öhdəlikləri

- İşçi personalına ilkin tibbi yardımın göstərilməsi;
- İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması;
- Hər bir sahədə baş verən qəzaların qeydiyyata alınması;
- Kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi, gələcəkdə onların qarşısının alması üzrə təkliflər verilməsi;
- İlk tibbi yardımdan sonra xəstənin xəstəxanaya göndərilməsi və ya ehtiyac olan zaman müşayiət edilməsi;
- Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, jurnala qeyd edilməsi;
- Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması;
- Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etməsi.

İş tələbləri

- Orta tibbi təhsil və tibbi sertifikatlara malik olmalıdır;
- Müvafiq vəzifədə iş təcrübəsi olması: hərbi sahədə - 3 il, mülki sahədə - 3-5 il;
- Ünsiyyətçil və komandada çalışma bacarığına sahib olmalı;
- İngilis dili biliyi arzuolunandır;
- “Microsoft Office” kompüter proqramlarından istifadə etmək bacarığı üstünlükdür;
- Fiziki cəhətdən sağlam olmalı.

Benefitlər

- İş yeri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində;
- İş qrafiki 6 günlük (altıncı günü qısadılmış);
- Yemək gündə 3 dəfə təmin edilmə;
- Yaşayış ilə təmin edilmə;
- AR qanunvericiliyinə uyğun sənədləşmə;
- Mehriban kollektiv;
- Peşəkar inkişaf imkanı;
- Daha ətraflı məlumat intervyu zamanı veriləcək.

  • Yer:

    Bakı, Azərbaycan

  • Kateqoriya:

    Sağlamlıq

  • Məşğulluq növü:
    Tam ştat
  • Maaş:
    700 AZN
  • Elanın bitmə vaxtı:
    2022-05-31